Düşün
Müzakirə et
Paylaş
Sizcə, pianoda səslər necə yaranır?
Səs yayılarkən havadakı zərrəciklərin hərəkəti ilə yayın halqalarının hərəkəti arasında oxşarlıq
var. Yayın
ayrı-ayrı halqaları irəliyə və geriyə doğru rəqsi hərəkət edir, yay isə yerini dəyişmir. Səs
yayılarkən
mənbənin yaxınlığındakı zərrəciklər təbil pərdəsinə qədər hərəkət etmir.
Zərrəciklər yalnız yaxınlıqdakı
zərrəciklərlə toqquşaraq onları hərəkət etdirir.
Rəqsi hərəkət edən cismin təsiri ilə hava zərrəcikləri əvvəlcə bir-birinə yaxınlaşır, toqquşur və
bir-birindən
uzaqlaşır. Zərrəciklər bir-birinə yaxınlaşdıqda sıxlaşma, uzaqlaşdıqda isə seyrəkləşmə
müşahidə olunur. Zərrəciklərin seyrəkləşmə və sıxlaşmasının ardıcıl olaraq təkrarlanması səsin
mənbədən ətrafa yayılmasına səbəb olur.
İnsanın səsi səs tellərinin rəqsi hərəkəti nəticəsində yaranır. Səs telləri qırtlaqda, nəfəs yolunun üzərində
yerləşir. İnsanlar danışarkən və ya mahnı oxuyarkən rəqsi hərəkət edən səs telləri ağciyərdən xaric
olunan havadakı zərrəciklərin də rəqsi hərəkət etməsinə səbəb olur. Zümzümə edərkən barmağınızı
qırtlağınıza toxunduraraq səs tellərinin rəqsi hərəkətini hiss edə bilərsiniz.