Aşağıdakı təhlükəsizlik qaydalarını oxuyun və onları əsaslandırın.
1. Elektrik yuvasına hər hansı əşya daxil etmək olmaz.
2. Naqillərə əllə toxunmaq olmaz. Yerdə izolyasiya örtüyü olmayan, açıq naqil və ya kabel
gördükdə dərhal böyüklərə xəbər vermək lazımdır.
3. Nəm və yaş əllərlə elektrik avadanlıqlarına toxunmaq olmaz. Duşda və ya hovuzda
elektrik
avadanlıqlarından istifadə etmək təhlükəlidir.
4. Elektrik təhlükəsi olan ərazilərdə gəzmək olmaz. Yaxınlığında elektrik kabeli olan
ağaclara
dırmaşmaq olmaz. Elektrik kabellərinin yaxınlığında çərpələng uçurtmaq təhlükəlidir.
5. Elektrik cərəyanına məruz qalmış şəxsə əllə toxunmaq olmaz. Onu taxta və ya plastik
kimi
dielektrikdən hazırlanmış bir əşya ilə elektrik mənbəyindən uzaqlaşdırmaqla xilas etmək
lazımdır.