Bəzi materiallar elektrik cərəyanını keçirdiyi halda, bəziləri keçirmir. Çünki elektronlar bəzi
materiallarda nizamlı hərəkət edə bilir, bəzilərində isə edə bilmir. Elektrik cərəyanını keçirən
materiallara
keçiricilər və ya
naqillər deyilir. Dəmir, mis, alüminium kimi metallar
naqildir. Elektrik
cərəyanını keçirməyən materiallara isə
dielektriklər deyilir. Plastik, şüşə, taxta kimi
materiallar
dielektrikdir.
Keçiricilər
|
Dielektriklər
|
Elektrik avadanlıqlarında elektrik cərəyanını yaxşı keçirdiyi üçün metallardan hazırlanmış naqillərdən
istifadə olunur. İnsanları elektrik cərəyanının təhlükələrindən qorumaq üçün naqillərin üzəri
dielektrik olan plastik materialla örtülür. Avadanlıqların metal hissələrinin dielektirk materialla
örtülməsinə
izolyasiya deyilir.
Mayelər də keçirici və ya dielektrik ola bilər.
Fəaliyyət-2
|
Su keçiricidir, yoxsa dielektrik? |
|
|
Ləvazimat: 9V-luq batareya, lampa,
naqillər, açar, bir stəkan qaynadılmış su,
duz, iki metal sancaq.
|
İşin gedişi:
1. Batareya və lampadan ibarət dövrə qurun və lampanın parlaqlığını müşahidə edin.
2. Lampa ilə batareyanı birləşdirən naqili ayırın və uclarına sancaq bağlayaraq su ilə dolu
stəkana yerləşdirin. Naqilə sancağın bağlanması onun stəkandan sürüşüb düşməsinə mane
olacaq. Lampanın yanıb-yanmadığını müşahidə edin.