Elektrik cərəyanı - elektrik yüklü zərrəciklərin nizamlı
hərəkətidir.
Elektron - mənfi elektrik yükünə malik zərrəcikdir.
Əks-səda - səthdən əks olunaraq qayıdan səsdir
Fəsil - Yer planetinin Günəş ətrafında dövr etməsi və
Günəş enerjisinin Yer səthinə düşmə bucağının dəyişməsi
nəticəsində hava şəraitində yaranan dəyişikliklərdir.
Fosil yanacaqlar - fosillərin məruz qaldığı müxtəlif
çevrilmələr nəticəsində yaranan yanacaqlardır.
|
Fosillər - milyonlarla il əvvəl yaşamış bitkilərin və
heyvanların qalıqlarıdır.
Günəş sistemi - Günəşin cazibə qüvvəsinin təsiri ilə onun
ətrafında dövr edən müxtəlif göy cisimlərindən təşkil
olunmuş sistemdir.
Günəş tutulması - Ay Günəşin qarşısını kəsdikdə Günəşin
Yerin müəyyən ərazisindən görünməməsi ilə nəticələnən
hadisədir.
|