Abiotik amillər - canlı orqanizmlərə birbaşa və ya dolayı
təsir edən havanın rütubətliyi, temperaturu və yağıntının
miqdarı kimi cansız təbiət amilləridir.
Ardıcıl və ya paralel birləşmə - elektrik dövrəsindəki iki
və daha çox elementin enerji mənbəyinə qoşulma üsullarıdır.
Ay tutulması - Ayın Yerin kölgəsində qaldığı üçün bəzi
ərazilərdən müşahidə oluna bilməməsidir.
Ayın fazaları - Ayın Yerdən görünüşünün nizamlı
dəyişməsidir.
|
Bərpa olunmayan enerji mənbələri - gələcəkdə
tükənmə ehtimalı olan enerji mənbələridir.
Ekoloji piramida - ekosistemdə bir-biri ilə əlaqəli olan
müxtəlif qida zəncirlərinin, həmçinin produsent və
konsumentlər nisbətinin təsviridir.
üsullarıdır.
Ekosistem - uyğunlaşma nəticəsində bir-biri ilə qarşılıqlı
əlaqədə olan canlı orqanizmlərin və yaşayış mühitlərinin
birlikdə əmələ gətirdikləri sistemdir.
|