5. Ölkəmizin orta illik temperatur xəritəsinə əsasən sualları cavablandırın.
a. Orta illik temperaturun 14,5°C-dən çox olduğu
şəhərlərin adlarını müəyyən edin. b. Hansı şəhərlərin orta illik temperaturları
arasındakı fərq daha çoxdur? c. Hansı iki şəhərin orta illik temperaturu eynidir?
6. Şəkildə təsvir edilmiş təbiət hadisəsinin iqtisadi əhəmiyyətini izah edin.
7. Müxtəlif ölkələrin şəhərləri arasındakı saat fərqinin səbəbini müəyyən edin.
Nyu-York
London
Tokio
A) Yer kürəsinin xəyali oxu ətrafında hərəkəti B) Ayın Yer ətrafında fasiləsiz hərəkəti C) Qabarma və çəkilmə D) Yer kürəsinin Günəş ətrafında hərəkəti
8. Şəkillərdə Ayın müxtəlif vaxtlarda Yerdən görünüşü verilmişdir.
Şəkillərə əsasən sualları cavablandırın.
a) Təzə Ay, Birinci rüb, Bədirlənmiş Ayvə Sonuncu
rüb fazalarına hansı rəqəmlər uygun gəlir?
b) Ayın müxtəlif günlərdə fərqli görünmə
səbəblərini izah edin.