Ən az yağıntı isə Qobustan ərazisinə və Abşeronun cənubundakı Ələt, Puta və Şubanı məntəqələrinə
(150-200 mm-dən az) düşür.
Bilirsinizmi?
Yer kürəsinin Şimal və Cənub qütblərində fəsillərin dəyişməsi müşahidə edilmir.
Yerin bu hissələrində gecənin və gündüzün uzunluğu 6 aya bərabərdir. Qütblərdə Günəş ildə bir
dəfə çıxır və bir dəfə batır. Belə ərazilərdə yaşayan insanların rejimi digər ərazilərdə yaşayanların
gündəlik rejimindən fərqlidir.
Öyrəndiklərinizi tətbiq edin
İlboyu Yerin müxtəlif ərazilərinə düşən Günəş enerjisinin miqdarı dəyişir. Bu hadisənin
fəsillərin
yaranmasındakı rolunu izah edin.
Öyrəndiklərinizi yoxlayın
1. Cənub yarımkürəsində yaz və yay fəsilləri hansı tarixlərdə başlayır? 2. Azərbaycanda ən
çox yağıntı hara düşür? 3. Azərbaycanda ən çox və ən az orta illik yağıntı hansı
məntəqələrə düşür?