Payız gecə-gündüz bərabərliyi: 23 sentyabr tarixində Günəş şüaları günorta vaxt, ekvator xəttinə
düz bucaq altında düşür. Bu zaman Şimal və Cənub yarımkürələri bərabər işıqlanır. Bu tarixdən
sonra Yerin cənub tərəfi Günəşə doğru daha çox çevrildiyi üçün Cənub yarımkürəsində gündüzün
uzunluğu gecənin uzunluğundan daha çox, Şimal yarımkürəsində isə əksinə olur. Bu tarixdə Şimal
yarımkürəsində
payız, Cənub yarımkürəsində isə
yaz fəsli başlayır.
Qış gündönümü: 22 dekabr tarixində Yer kürəsinin cənub tərəfi Günəşə doğru daha çox çevrilir.
Bu zaman Cənub yarımkürəsində ən uzun gündüz və ən qısa gecə müşahidə edilir kı, buna da qış
gündönümü deyilir. Bu tarixdən sonra Cənub yanmkürəsində gündüzün uzunluğu azalmağa,
gecənin uzunluğu isə artmağa başlayır. Şimal yarımkürəsi Günəşdən daha az istilik aldığı üçün bu
yarımkürədə
qış, Cənub yarımkürəsində isə
yay fəsli müşahidə edilir.
yaz
gecə-gündüz
bərabərliyi
(21 mart)
payız
gecə-gündüz
bərabərliyi
(23 sentyabr)
|
|
|
|
yay
gündönümü
(22 iyun)
qış
gündönümü
(22 dekabr)
|
|
|
Düşün
Müzakirə et
Paylaş
Ölkəmizin bəzi ərazilərində qış aylarında
temperatur çox aşağı, yay aylarında isə çox
yüksək olur. Dənizə yaxın ərazilərdə qış və
yay temperaturları arasındakı fərq az,
dənizdən uzaq ərazilərimizdə isə çox olur.
• Sizcə, nə üçün dəniz və okeanların
yaxınlığında qış və yay temperaturları
arasındakı fərq dəniz və okeanlardan
uzaq ərazilərə görə daha az olur?
|
|
|
Yer kürəsinin müxtəlif ərazilərində temperatur və yağıntı miqdarları fəsillərə görə fərqlənir.
Ölkəmizdə temperatur və yağıntının illik miqdarı onun yerləşdiyi coğrafi mövqedən də asılıdır.
Yağıntı və temperaturun orta illik qiymətinə təsir edən digər amil isə relyefdir. Hündürlük artdıqca
havanın temperaturu azalır. Düzənlikərazilərimizdə orta illik temperatur 14,5°C ikən, hündürdağ
zirvələrində bu göstərici 0°C-yə bərabərdir.
Ölkəmizdə yağmt.lar qeyri-bərabər şəkildə paylanmadır. Yağmt.ların miqdar, Xəzər dənizi
sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır. Ölkəmizin ərazisində ən çox orta
illik yağıntı Talış dağlarının ətəklərinə (1700-1800 mm) düşür.