14.3
|
Yer kürəsi və fəsillər |
Yer kürəsi Günəş ətrafında hərəkət edərkən onun müxtəlif hissələrinə düşən Günəş
enerjisinin miqdarı da fərqli olur. Nəticədə Yerin bütün hissələri eyni miqdarda
qızmır və temperatur fərqi yaranır. Bu isə fəsillərin yaranması ilə nəticələnir.
|
• Açar sözlər •
• yaz fəsli
• yay fəsli • payız fəsli • qış fəsli |
İşin gedişi:
1. Qlobusun ekvator xəttini lampaya tərəf çevirib lampanı yandırın. 2. Qlobusu lampa ətrafında dairəvi hərəkət etdirin. 3. Qlobusun şimal tərəfini lampaya tərəf çevirib onu lampa ətrafında hərəkət etdirin. 4. Qlobusun cənub tərəfini lampaya tərəf çevirib onu lampa ətrafında hərəkət etdirin. |
Müzakirə edin:
- Qlobusu lampa ətrafında hərəkət etdirərkən onun müxtəlif hissələrinə düşən işığın miqdarı necə fərqlənir? - Qlobus lampa ətrafında hərəkət edərkən onun müxtəlif hissələrinə düşən işığın miqdarının dəyişməsindən hansı nəticəyə gəlmək olar? |