Yerin öz oxu ətrafında
fırlanması gecə və gündüzün yaranmasına səbəb olur. |
Yer qütblərindən keçən və Yerin oxu adlandırılan
xəyali ox ətrafında tam dövrünü 23 saat 56 dəqiqə
4 saniyəyə tamamlayır. Bu müddət bir sutka adlanır.
Yerin öz oxu ətrafında hərəkəti müxtəlif ərazilərə
düşən Günəş işığının dəyişməsi ilə nəticələnir.
Məsələn, dünyanın bir hissəsində gündüz olarkən
digər hissəsində gecə olur. Bu isə həmin ərazilərdə
vaxtın digər ərazilərdən fərqli olması deməkdir.
Digər ölkə və şəhərlərin coğrafi mövqeyinə görə olduğunuz yerlə
həmin yer arasındakı zaman fərqini müəyyən etmək və orada
saatın neçə olduğunu hesablamaq mümkündür.
|