- Təzə Ay. Ay bu fazada olarkən Yerdən görünmür. - Cavan Ay. Bu fazada Ay nazik oraq şəklində görünür. - Birinci rüb. Cavan Ayın görünən hissəsi tədricən artır və Ay yarımdairə şəklində müşahidə olunur. - Qabarıq Ay. Bu fazada Ayın görünən hissəsinin sahəsi artmağa davam edir. - Bədirlənmiş Ay. Ay Günəş tərəfindən tam işıqlanır və Yerdən işıqlı dairə kimi müşahidə olunur. - Qabarıq Ay. Qabarıq Ay fazasında Ayın görünən hissəsi yenidən kiçilməyə başlayır. - Sonuncu rüb. Sonuncu rübdə də Ay yarımdairə şəklində görünür. - Köhnə Ay. Ayın yarımdairə kimi görünən hissəsi kiçilməyə başlayır və yenidən oraq şəklində müşahidə olunur. Ay Yer ətrafında dövr edərkən bir ayda ardıcıl olaraq bu fazalardan keçir və görünüşündəki dəyişikliklər təkrarlanır. |
|