Bəzən "çirkli qartopu" da adlandırılan kometlər buzdan, donmuş qazlardan, tozlardan və
süxurlardan ibarət yığıntılardır. Kometlər Günəşə yaxınlaşarkən isinməyə başlayır və tərkibindəki
bərk maddələrin bir hissəsi əriyir və buxarlanır. Kometlərin uzun "quyruqları" həmin buxarlardan
ibarətdir.
Halley kometi 76 ildən bir Yerdən müşahidə olunur.
Öyrəndiklərinizi tətbiq edin
Günəş işığı ondan ən uzaqda yerləşən göy cisimlərindən biri olan Plutona 5,5 saata çatır. İşıq
şüasının sürəti 300 000 km
san olarsa, Günəşlə Pluton
arasındakı məsafə nə qədərdir?
Öyrəndiklərinizi yoxlayın
1. Ulduzla planet arasında hansı fərq var?
2. Nə üçün planetlər Günəşdən, peyklər isə planetlərdən uzaqlaşıb onları tərk edə bilmir?
3. Təbii peyklərlə süni peyklər arasında hansı fərq var?
4. Günəş sistemindəki hansı planetlərin peyki yoxdur?
5. Asteroidlər hansı planetlər arasında qurşaq əmələ gətirir?