Günəş böyük miqdarda istilik və işıq enerjisi şüalandırır və Yer
Günəş ətrafında dövr etdiyi üçün həmişə onun səthinə müəyyən
miqdarda Günəş enerjisi düşür. Günəş enerji mənbəyi olduğu üçün
ulduz adlanan göy cisimləri qrupuna aiddir. Günəşin ətrafında Yer
də daxil olmaqla səkkiz planet dövr edir. Bu planetlər Günəşdən
uzaqlıqlarına görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran
və Neptundur. Günəşə ən uzaq göy cisimlərindən biri olan Pluton
isə cırtdan planet sayılır.
Planetlərin bir çoxunun ətrafında onların təbii peykləri dövr edir. Məsələn, Ay Yerin, Fobos və Deymos isə Marsın peykləridir. Saturnun yüzə yaxın peyki var və onlar uzaqdan bütöv halqalar kimi görünür. |
Bilirsinizmi?
Günəş sistemindəki bütün
planetlər və onların peyklərinin
kütlələrinin cəmi Günəşin
kütləsinin 1%-indən də azdır.
Günəşin kütləsi Yerin
kütləsindən 333 000 dəfə,
Günəş sistemindəki ən böyük
planet olan Yupiterin
kütləsindən isə 1047 dəfə
çoxdur.
|