Siz fəaliyyəti yerinə yetirərkən enerji mənbəyinə əvvəlcə bir lampa
birləşdirdiniz. Daha sonra ikinci lampanı birinciyə ardıcıl
birləşdirdiniz. Ardıcıl birləşmədə batareyanın enerjisi hər iki
lampa tərəfindən bölüşdürüldüyü üçün lampalar tək lampa qədər
parlaq işıq saçmır. Həmçinin onları ayrı-ayrılıqda yandırıb
söndürməkdə olmur. Lampalardan biri xarab olduqda dövrədə
boşluq yarandığı üçün digər lampa da sönür.
|
Bilirsinizmi?
İnsanın sinir sistemi orqanlara
hərəkət və ya fəaliyyət üçün
komandanı elektrik siqnallarıyla
göndərir.
|