1. Verilmiş ifadələrdən düzgün olan üç ifadəni seçin. Düzgün olmayan iki ifadədəki
səhvləri müəyyən edin.
a. Fotosintez prosesi nəticəsində bitkilər karbon qazı əmələ gətirir.
b. Heyvanlar bitkilərlə qidalandıqda karbon qida zəncirinə daxil olur.
c. İstixana qazları azot və oksigen qazlarıdır.
d. Canlıların tənəffüsü zamanı havaya karbon qazı buraxılır.
e. Yerin orta illik temperaturu getdikcə artır.
2. Sualları cavablandırın.
a. Nə üçün fosil yanacaqların tərkibində karbon var?
b. Hansı fəaliyyətlər nəticəsində atmosferə karbon qazı buraxılır?
3. Qlobal istiləşmənin səbəb olduğu iki problemi seçin.
a. Günlərin qısalması
b. Dənizlərin səviyyəsinin qalxması
c. Atmosferdə karbon qazının azalması
d. Quraqlıqların baş verməsi