Arktika buzlaqlarının 1979-cu və 2021-ci illərdəki təsvirlərinin müqayisəsi göstərir ki, qlobal
istiləşmə nəticəsində buzlaqların böyük hissəsi əriyib.
Arktika buzlaqlarının
kosmosdan görünüşü
Atmosferə buraxılan istixana qazlarının miqdarını azaltmaqla qlobal istiləşmənin qarşısını almaq üçün
bir çox ölkələr müxtəlif tədbirlər görür.
Fosil yanacaqlardan istifadəni azaltmaq üçün Günəş və külək kimi ekoloji təmiz enerji mənbələrindən
istifadəyə üstünlük verilir.
Ağac əkilməsi, velosipeddən və ictimai nəqliyyatdan daha çox istifadə edilməsi də atmosferə atılan
zərərli qazların azaldılmasına kömək edir.
Bu fəaliyyətlər fosil yanacaqlardan istifadənin və atmosferə atılan zərərli qazların miqdarının
azaldılmasına kömək edir.