Qrafiklərdən göründüyü kimi, bəhs edilən dövrdə atmosferdəki karbon qazının miqdarı artdıqca orta
temperatur da yüksəlmişdir.
Qlobal istiləşmənin bir çox mənfi təsirləri var.
Antarktidanın böyük buz örtükləri əriyir və dənizin
səviyyəsi getdikcə yüksəlir. Nəticədə dəniz sahillərində
yerləşən şəhərlərin su altında qalması ehtimalı yaranır.
|
|
İsti və rütubətli hava ağcaqanaqlar üçün əlverişli şəraitdir.
Ağcaqanaqlar artdıqca onların yaydığı malyariya kimi
yoluxucu xəstəliklər də artır.
|
Qlobal istiləşmə iqlim dəyişikliklərinin baş verməsinə səbəb olur. İqlim dəyişikliyi
nəticəsində bəzi
ərazilər quraqlığa, digərləri leysan yağışlara məruz qala bilər. Quraqlıq və leysan ciddi
ərzaq
çatışmazlığı ilə nəticələnə bilər.
Tədqiqatlar göstərir ki, qlobal istiləşmənin baş verməsinin əsas səbəbi insan fəaliyyətidir.
Zavod və
fabriklərin sayının artması, avtomobillərdən istifadənin çoxalması və fosil yanacaqların
istifadəsi
atmosferdəki karbon qazının miqdarını artırır. Nəticədə bu hallar qlobal istiləşməyə səbəb olur.
Bilirsinizmi?
Sənaye inqilabına qədər atmosferdəki karbon qazının miqdarı sabit idi.
Sənaye inqilabından sonra fosil yanacaqlardan istifadə nəticəsində atmosferdəki karbon qazının
miqdarı tədricən artmağa başladı.