Havadakı hər qazın əhəmiyyəti var. Məsələn, canlılar havada olan
oksigenlə tənəffüs edir, karbon qazı isə fotosintez prosesi üçün vacibdir.
Havada azot olmasa idi, oksigenin miqdarı daha çox olardı. Nəticədə
yanğınlar daha şiddətli şəkildə baş verərdi. Karbon atmosfer, canlı orqanizmlər və torpaq arasında dövr edir. Bu proses təbiətdə karbon dövranı adlanır. Karbon dövranı zamanı karbon qazı müxtəlif proseslər nəticəsində atmosferdən udulur və yenidən atmosferə geri qayıdır. Karbon dövranı, əsasən, üç proses - fotosintez, yanacaqların yanması və canlıların tənəffüsü nəticəsində baş verir. |
Fotosintez prosesi nəticəsində atmosferdəki karbon qazı bitkilər tərəfindən udulur. Bu zaman karbon müxtəlif qida maddələrinin tərkibinə keçir və qida zəncirinə daxil olur. Daha sonra bitkilərlə qidalanan canlı orqanizmlərdə baş verən proseslər nəticəsində bu maddələr karbon qazını əmələ gətirir. Yaranan karbon qazı tənəffüs prosesi nəticəsində yenidən atmosferə qayıdır. Həmçinin fosil yanacaqlar yandırıldıqda onların tərkibindəki karbon elementi oksigenlə birləşərək yenidən karbon qazı əmələ gətirir və atmosferə qarışır. Karbon qazı vulkanların püskürməsi və canlı qalıqlarının çürüməsi nəticəsində də atmosferə daxil olur. |
1. Verilən proseslər atmosferdəki karbon qazının miqdarına necə təsir edir? Fikrinizi əsaslandırın. |
|