8.2
|
Ardıcıl və paralel birləşmələr |
• Açar sözlər •
• ardıcıl birləşmə
• paralel birləşmə |
|
Ləvazimat: batareya, iki açar, altı naqil,
lampa yuvasına yerləşdirilmiş iki lampa.
|
İşin gedişi: 1. Enerji mənbəyindən, açardan və lampadan ibarət dövrə qurun (şəkil 1). 2. Açar, baglayaraq lampanın parlaqlığını müşahidə edin. 3. Dövrəyə ikinci lampanı birləşdirin və açarı bağlayaraq lampaların parlaqlığını müşahidə edin (şəkil 2). 4. Lampalardan birini qabından çıxarın və nə baş verdiyini müşahidə edin. 5. Şəkil 3-də təsvir olunmuş dövrəni qurun və açarları növbə ilə açıb-baglayaraq müşahidə aparın. 6. Bütün açarlar bağlı olduğu halda lampalardan birini yuvasından çıxarın və nə baş verdiyini müşahidə edin.
Müzakirə edin:
- Lampaların parlaqlığında fərq müşahidə etdinizmi? Bunu
necə izah edə bilərsiniz? - İkinci şəklə uyğun dövrədə lampalardan birini çıxardıqda nə baş verdi? Bunu necə izah edə bilərsiniz? - Üçüncü şəklə uyğun dövrədə lampalardan birinin çıxarılması digərinə necə təsir etdi? Bunu necə izah edə bilərsiniz? - Lampaları üçüncü şəkildəki kimi birləşdirməyin hansı üstünlükləri var? |