1. Qumla suyu qarışdırdıqda yeni xassəli maddə əmələ gəlirmi? Fikrinizi əsaslandırın.
2. Nefti quyudan çıxardıqda onun tərkibində müəyyən miqdar qum və su olur. Neftdən bu
maddələri ayırmaq üçün hansı üsulları təklif edərdiniz? Bu üsulları hansı ardıcıllıqla aparmaq
lazımdır?
Öyrəndiklərinizi yoxlayın
1. Uyğunluğu müəyyən edin.
a. Heterogen qarışıq b. Homogen qarışıq c. Su+etil spirti qarışığı d. Su + təbaşir tozu qarışığı
2. Leyla A və B maddələrini içərisində su olan 2 fərqli stəkana əlavə etdi.
A maddəsinin
su ilə qarışığı
B maddəsinin
su ilə qarışığı
a. Hansı maddə suda həll olur, hansı həll olmur? Fikrinizi əsaslandırın.
b. B maddəsinin su ilə qarışığı homogendir, yoxsa heterogen? Nə üçün?
c. A maddəsinin əmələ gətirdiyi qarışığın hissəcik modelini dəftərinizə yazın.