Bəzi qarışıqlarda isə onu təşkil edən maddələri gözlə görmək olur. Məsələn, qumun, təbaşir
tozunun, günəbaxan yağının su ilə əmələ gətirdiyi qarışıqlarda qarışıqları təşkil edən maddələr
gözlə fərqlənir. Çünki bu maddələr suda həll olmur.
Tərkibi gözlə görünən qarışıqlara
müxtəlifcinsli qarışıqlar (heterogen qarışıqlar) deyilir.
Maddələr kimyəvi birləşmə əmələ gətirdikdə onlar öz xassələrini itirir və əmələ gələn birləşmə yeni
xassəli olur. Məsələn, hidrogen və oksigen qazları birləşən zaman öz xassələrini itirir, yeni
xassəli maye
halda olan maddə əmələ gəlir.
Hidrogen (qaz)
|
Oksigen (qaz)
|
Su (maye)
|
Kimyəvi birləşmələrdən fərqli olaraq qarışıq əmələ gəldikdə onu əmələ gətirən maddələr öz
xassələrini itirmir. Məsələn, dəmir tozu və qum qarışığına maqniti yaxınlaşdırdıqda maqnit
dəmiri
cəzb edir. Bu onu göstərir ki, qarışıqda dəmir öz xassəsini saxlayır.
Kimyəvi birləşmələrdən fərqli olaraq qarışıq hazırlayan zaman onu əmələ gətirən maddələri
istənilən nisbətdə qarışdırmaq olar.
1 stəkan suda
1 çay qaşığı şəkər həll edilir.
1 stəkan suda
1 xörək qaşığı şəkər həll edilir.
Hər iki halda şəkərin su ilə qarışığı alınır.