Həlledicinin temperaturunu artırdıqda onda həll olan bərk maddənin miqdarı artır. Temperaturu
artırdıqda bəzi maddələrin həllolması nisbətən az, bəzi maddələrin həllolması isə daha çox artır.
Aşağıda xörək duzu və kalium-nitrat duzunun suda həllolmasının temperaturdan asılılığı verilmişdir.
Diaqramdan göründüyü kimi, xörək duzunun suda həllolmasına temperatur az, kalium-nitrat
duzunun suda həllolmasına isə daha çox təsir edir.
Temperaturu artırdıqda bərk maddələr suda daha sürətlə həll olur.
2 ölçü qabına müxtəlif temperaturu olan eynihəcmli su əlavə edilir
|
|
Hər bir ölçü qabına eyni miqdarda duz əlavə edilir
|
Suyun temperaturu nə qədər yüksək olarsa, duz da bir o qədər sürətlə həll olar. İkinci qabdakı duz
birinci qabdakı duza nisbətən daha sürətlə həll olur. Çünki ikinci qabda suyun temperaturu daha
yüksəkdir.