Bizim artıq bəzi bərk maddələrin suda həll olması haqqında
müəyyən məlumatımızvar. Elə maddələr var ki, suda yaxşı həll olur.
Xörək duzu, şəkər, kalium-nitrat duzu, soda, qlükozanı belə
maddələrə misal göstərə bilərik. Elə maddələr də vardır ki, suda
həll olmur. Qum, gil, təbaşir tozu, dəmir tozu, mis belə maddələrə
misaldır.
Suda həll olan bərk maddələri suya əlavə etdikdə onun hissəcikləri
tədricən həlledicinin hissəcikləri arasında paylanır. Buna diffuziya
hadisəsi kimi də baxmaq olar.
⬤ su hissəcikləri ⬤ şəkər hissəcikləri
həll olan şəkər
Su
|
Başlanğıcda şəkər və su hissəciklərinin düzülüşü
|
Bir müddət sonra şəkər hissəciklərinin su hissəcikləri ilə qarışması və şəkərin suda tamamilə
həll olması
|
Su və şəkər qarışığında su həlledici, şəkər isə həll olan maddədir.
Bu maddələrin əmələ gətirdiyi qarışıq isə məhluldur Müəyyən
temperaturda suda həll olan maddəni suya əlavə edib qarışdırdıqda o, həll olmağa