Gündəlik fəaliyyətlərimiz zamanı müxtəlif əşyaların yerini dəyişirik. Bunun üçün əşyaları özümüzə
tərəf dartır və ya özümüzdən kənara itələyirik.
Siyirməni açmaq
üçün onu özümüzə
tərəf dartırıq
|
|
|
|
|
Şkafı hərəkət
etdirmək üçün
onu itələyirik
|
|
|
|
Biz cisimləri dartdıqda və itələdikdə onlara qüvvə tətbiq edirik.
Qüvvə hərəkətsiz cisimlərin hərəkət etməsinə, hərəkət edən cisimlərin isə sürətinin dəyişməsinə,
yəni sürətin artmasına və ya azalmasına səbəb olur.
Yelləncəyin sürətini
artırmaq üçün
ona hərəkət
istiqamətində qüvvə
tətbiq edirik
|
|
|
|
|
Topun sürətini
azaltmaq üçün ona
hərəkətin əksi
istiqamətində
qüvvə tətbiq edirik
|
|
|
|
Cismə təsir edən qüvvə onun hərəkət istiqamətində yönələrsə, cismin sürəti artar, qüvvə hərəkətin
əksinə yönələrsə, cismin sürəti azalar.
Hərəkət edən bir cismin hərəkət istiqamətini dəyişdirmək üçün də ona qüvvə tətbiq etmək lazımdır.
Tennis topunun
istiqamətini
dəyişmək üçün
tennis topuna
qüvvə tətbiq
edirik
|
|
|
|
|
Voleybol topunun
istiqamətini
dəyişmək üçün
topa qüvvə tətbiq
edirik
|
|
|
|
Qüvvə F hərfi ilə işarə olunur və vahidi
nyutondur (N). Qüvvənin qiyməti dinamometr
adlanan cihazla ölçülür. Dinamometrin
bölgüləri nyutonla verilir. Məsələn, şəkildə
təsvir olunmuş dinamometrin ölçdüyü
qüvvənin qiyməti 2,5 N-dur.
|
|
Dinamometr
|
|
|
|