Qarışıqların tərkibində müxtəlif maddələrin olmasını müəyyən
etmək üçün müxtəlif üsullardan istifadə olunur. Bu üsullardan biri də
xromatoqrafiyadır. Bu üsul bir maddənin başqa maddə tərəfindən
udulma qabiliyyətinin müxtəlifliyinə əsaslanır.
Xromatoqrafiyaya sadə misal kimi kağız xromatoqrafiyasını göstərmək olar. Kağız xromatoqrafiyası ilə təcrübə aparan zaman əvvəlcədən kəsilmiş süzgəc kağızının aşağı hissəsinə sadə karandaşla xətt çəkilir (a). Sonra bu xəttin üzərinə qarışıqdan (diyircəkli qələm mürəkkəbi, flomaster mürəkkəbi və s.) bir damcı əlavə edilir. Süzgəc kağızının aşağı hissəsi suya daxil edilir (b). Bu zaman qarışığı təşkil edən maddələr su vasitəsilə müxtəlif sürətlə ayrılır (c). Ayrılan maddələr süzğəc kağızında ayrı-ayrı rənglər kimi görünür (d). Hansı maddə daha sürətlə udulursa, o, süzgəc kağızında daha yuxarıda ayrılır. |
|
1. Qarışıqları
müəyyən edin.
|
2. İki mürəkkəb nümunəsi süzgəc
kağızına əlavə edildi. Müəyyən vaxtdan
sonra şəkildəki nəticələr alındı.
a. Üsulu adlandırın. |