Mayelərdə diffuziya
Mayelərdə diffuziya qazlara nisbətən yavaş sürətlə baş verir. Buna səbəb mayelərdə zərrəciklərin
qazlara nisbətən daha sıx yerləşməsidir. Suya bir neçə damcı boya əlavə etdikdə bir müddətdən
sonra boya molekullarının sıx olduğu yerdən bütün istiqamətlərdə yayılaraq tamamilə suya
qarışdığını müşahidə edirik.
Qida boyasının suda diffuziyasını zərrəcik modelindən istifadə etməklə aşağıdakı kimi təsvir etmək
olar.
Boya molekulları Su molekulları
Şəkərin suda həll olması da diffuziya hadisəsidir. Qənd parçasını suya saldıqda əvvəlcə o, molekullara
ayrılır, sonra tədricən suda diffuziya edir.
Öyrəndiklərinizi tətbiq edin
1. Kolba və menzurka arasındakı karton
lövhəni götürdükdə nə baş verər?
Bu hadisəni necə izah edərdiniz?
|
|
2. Şirinçay hazırlayarkən çayın qarışdırılması
diffuziyaya necə təsir edir? Fikrinizi
əsaslandırın.
|
Öyrəndiklərinizi yoxlayın
1. Gündəlik həyatınızda suda və havada baş verən diffuziya hadisəsinə misallar
göstərin.
2. Qum və şəkəri suya əlavə etdikdə alınan qarışığın
zərrəcik modeli verilmişdir. Zərrəciklərə uyğun maddələri
yazın. Fikrinizi əsaslandırın.
|
|
|