1.1
|
Qüvvənin təsiri nədən asılıdır |
• Açar sözlər •
• qüvvənin tətbiq nöqtəsi
• qüvvənin istiqaməti • qüvvənin qiyməti |
|
Ləvazimat: karton qutu, iki
ədəd kitab.
|
İşin gedişi: 1. Boş qutunu yan üzünün tən ortasından barmağınızla itələyərək hərəkət etdirin (a). 2. Qutunu birinci addımdakı nöqtənin bir az sağındakı hər hansı bir nöqtədən barmağınızla itələyərək yenidən hərəkət etdirin (b). 3. Qutunun içərisinə kitablardan birini yerləşdirin və yan üzünün tən ortasından barmağınızla itələyərək onu hərəkət etdirin (c). 4. Qutunun içərisinə digər kitabı da yerləşdirərək üçüncü addımı təkrarlayın (d). Müzakirə edin: - 1-ci və 2-ci addımlarda qutu necə hərəkət etdi? - 3-cü və 4-cü addımda qutu hansı tərəfə hərəkət etdi? Nə üçün? - Hansı halda qutunu hərəkətə gətirmək üçün onu daha böyük qüvvə ilə itələdik? Sizcə, buna səbəb nədir? |