Atomlar birləşərək molekulları əmələ gətirir. İki və daha çox atomdan təşkil olunan zərrəciklər
molekullar adlanır. Məsələn, iki oksigen atomu birləşdikdə oksigen molekulu əmələ gəlir. Oksigen
qazı bu molekullardan təşkil olunur. Hidrogen qazının molekulu da iki hidrogen atomundan təşkil
olunub.
Oksigen qazının molekulu
Hidrogen qazının molekulu
Hidrogen və oksigen molekullarının modellərindən göründüyü kimi, onlarda olan atom sayı
eynidir. Lakin bu molekulların təşkil olunduğu atomlar müxtəlifdir. Bu səbəbdən də bu qazlar bəzi
fərqli xassələr göstərir. Hidrogen və oksigen atomları kütlələrinə görə bir-birindən fərqlənir.
Oksigen atomunun kütləsi hidrogen atomunun kütləsindən
böyükdür. Nəticədə hidrogen qazı oksigen qazından daha
yüngül olur. Hidrogen qazı ilə doldurulmuş şar havada yuxarıya
doğru hərəkət edir. Hava şarlarına bəzi hallarda hidrogen qazı
doldurulur. Hidrogen yüngül olduğu üçün hava şarı asanlıqla
yuxarı qalxır.
Hidrogen qazı ilə doldurulmuş hava şarları
Öyrəndiklərinizi tətbiq edin
1. Şəkildə təsvir edilən
molekul neçə atomdan təşkil
olunub? Molekulda neçə
fərqli atom var?
2. Tərəzinin gözlərində iki eyni qab
var. Bu qabların birində oksigen,
digərində isə hidrogen qazı vardır.
Qazların molekullarının sayı bərabər
olarsa, qablarda olan qazları
müəyyən edin. Fikrinizi əsaslandırın.
Öyrəndiklərinizi yoxlayın
1. Atom və ya molekul sözlərindən istifadə
edərək cümlələri tamamlayın.
Helium qazı..., oksigen və hidrogen qazı isə ...
təşkil olunub. Hidrogen və oksigen ... da ...
təşkil olunub.
2. Molekul və ya atomlardan təşkil olunmuş
maddələri müəyyən edin.