5.2
|
Maddənin sıxlığı |
• Açar sözlər •
• sıxlıq
• zərrəciklər arasındakı məsafə |
İşin gedişi:
1. Tərəzinin köməyi ilə hər iki qabdakı mayenin kütləsini ölçün. 2. Maye yağın və suyun kütləsini müqayisə edin. Müzakirə edin: - Hansı mayenin kütləsi daha çoxdur? - Həcmləri bərabər olsa da, iki maddədən birinin kütləsinin digərindən çox olmasını necə izah etmək olar? |
Ləvazimat: 100 ml maye yağ,
100 ml su, tərəzi, 2 ədəd stəkan.
|
Müxtəlif maddələrdən hazırlanmış və həcmləri bərabər olan cisimlərin kütlələrinin fərqli olması həmin maddələrin sıxlıqlarının fərqli olması ilə əlaqədardır. Misin sıxlığı alüminiumun sıxlığından çox olduğu üçün mis əşyanın kütləsi eyni həcmli alüminium əşyanın kütləsinindən çoxdur. 1 sm3 misin kütləsi 8,96 qram, 1 sm3 alüminiumun kütləsi isə 2,7 qramdır. Sıxlıq - maddənin vahid həcmindəki kütləsi olmaqla onun mühüm fiziki xassələrindən biridir. |
|