Közərmə lampalarının spiralı volframdan hazırlanır.
Volfram həm elektrik cərəyanını yaxşı keçirdiyi, həm də
digər metallarla müqayisədə daha yüksək ərimə
temperaturuna malik olduğu üçün lampaların
istehsalında istifadə edilir. Lampa yanarkən spiraldan
keçən elektrik cərəyanı onun 3000°C-yə qədər qızmasına
səbəb olur. Volframın ərimə temperaturu 3400°C olduğu
üçün o ərimir və közərərək işıq saçır.
Bölmədə öyrənəcəksiniz
- Maddələrin müxtəlif fiziki xassələri var
- Sıxlıq maddənin vahid həcminin kütləsidir
- Maddələr atomlar və molekullardan təşkil olunur
- Su molekulu hidrogen və oksigen atomlarından əmələ gəlir
- Diffuziya bir maddə zərrəciklərinin başqa maddə zərrəcikləri arasında yayılmasıdır