Sitrus xərçəngi kimi xəstəliklər
yarpaqların rənginin yaşıldan
qəhvəyiyə çevrilməsinə səbəb olur.
Bu isə fotosintezə təsir göstərir.
Meyvələrdə də qəhvəyi ləkələrə rast
gəlinir və onlar vaxtından əvvəl
ağacdan qopub düşür.
|
|
Patogen mikroorqanizmlər bitki və heyvanlarda da xəstəliklərə səbəb
ola bilər.
Bəzi bakteriyalar həm limon, əncir və banan kimi meyvə
ağaclarında, həm də otaq bitkilərində müxtəlif xəstəliklər törədir.
Limon və ya portağalın patogen bakteriyalarla yoluxması bu bitki
bağlarına çox ziyan vurur. Onlar yağışla, hətta ağacları suvararkən
su vasitəsilə asanlıqla bir bitkidən digərinə ötürülür. Yoluxucu
xəstəliklər geniş ərazilərə sürətlə yayılarsa, onda bitkilərin
məhsuldarlığı azalır, onların qida keyfiyyəti aşağı düşür.
Göbələklər heyvanlarda çox ciddi xəstəliklərə səbəb olmasa da,
bitkilərdə ən çox rast gəlinən xəstəliklərin törədicisidir. Bitkilərdə
göbələk xəstəlikləri çox müxtəlifdir və bitkinin bütün hissələrinə,
yəni çiçək, gövdə, yarpaq və toxumlara təsir göstərir. Göbələklər
bitki toxumalarına bitki üzərindəki mexaniki zədələrdən və ya təbii
açıq yerlərdən daxil olur. Bitki toxumalarına daxil olduqdan sonra
göbələk sporları bitkidə olan qida maddələrinin hesabına
qidalanaraq böyüyür.
|
Nəticədə bitki zəifləyir və inkişafdan qalır. Bir müddət sonra isə məhv olur. Beləliklə, bitkilərdə yoluxucu
xəstəliklər əhəmiyyətli iqtisadi itkilərə səbəb olur. Vaxtında qarşısı alınmazsa, kənd təsərrüfatı və ərzaq
təhlükəsizliyi üçün çox ciddi təhlükə ola bilər.
Bitkilərdə müxtəlif virus xəstəliklərinə də rast gəlinir. Virus xəstəlikləri də bitkilərdə məhsulun
keyfiyyətinin pisləşməsinə, məhsuldarlığın azalmasına, bəzi hallarda isə bitkinin tamamilə məhv olmasına
səbəb olur.
|
Bu yarpaqlardakı sarı
ləkələr tütün mozaika
virusunun səbəb
olduğu xəstəliyin
əlamətidir.
|
|
Fuzarium xəstəliyində
torpaqdakı patogen
göbələklər cavan
bitkilərin və ya
cücərtilərin köklərinə
daxil olaraq su borularını
zədələyə bilər.
|
|
Bitki xəstəliklərinin insanlara yoluxması çox nadir olsa da, baş verə bilər. Bitki virusları, əsasən, bitki
mənşəli qidalar və su vasitəsilə insan orqanizminə daxil olur. Bitki viruslarının birbaşa insan
hüceyrələrinə daxil olmasının digər mümkün yolu isə həm bitkilərlə qidalanan, həm də insanlarla
təmasda olan həşəratlardır. Həşərat virus üçün daşıyıcı, sahib orqanizm və ya hər ikisi ola bilər.
Beləliklə, bitkilərdən istifadə edərkən patogenlərə yoluxmamaq üçün diqqətli olmalıyıq.