Bəzi infeksion xəstəliklərin müalicəsində
antibiotik adlanan maddələrdən də istifadə olunur.
Ancaq
bunları həkimin nəzarətində qəbul etmək lazımdır. Çünki antibiotiklərdən uzunmüddətli istifadə
onların təsirinə davamlı olan patogenlərin yaranmasına, habelə bir sıra faydalı mikroorqanizmlərin
də məhvinə səbəb olur.
Öyrəndiklərinizi tətbiq edin
Qripə yoluxmuş insanın qanındakı
anticisim miqdarının günlərə görə dəyişməsi
qrafikdə təsvir olunmuşdur.
Müzakirə edin:
- Orqanizm qandakı patogenləri məhv
etmək üçün nə edir?
- Qrafikə əsasən suallara cavab verin:
• Xəstəliyin ilk 10 günündə qandakı
anticisimlərin miqdarı necə dəyişir?
|
|
|
• Bu müddətdə patogenlərin miqdarı necə dəyişir?
• Patogenləri məhv etməyə kifayət edəcək qədər anticisim hazırlamaq üçün orqanizmə nə qədər
vaxt lazımdır?
• Xəstənin sağalmazdan əvvəlki bir neçə gündə özünü pis hiss etdiyinin səbəbini izah edin.
Öyrəndiklərinizi yoxlayın
1. Uyğunluğu müəyyən edin
Dəri •
Mədə şirəsi •
Selik •
|
|
• Qida və ya suda olan patogenləri zərərsizləşdirir
• Patogenlərin bədənə daxil olmasının qarşısını alır
• Patogenlərə yapışaraq bədəndən xaric olunmasına kömək edir
|
|
2. Orqanizmə daxil olmuş patogen bakteriya
hansı orqanlar tərəfindən zərərsizləşdirilə və
ya bədəndən xaric oluna bilər?
|
|
|
3. Xüsusilə zəlzələ kimi təbii fəlakətlərdən sonra həmin ərazidə yaşayan insanların içməli
suyu qaynadaraq isifadə etmələri tövsiyə olunur. Sizcə, bu nə üçün vacibdir?
4. Məişət tullantılarının vaxtında toplanması patogenlərin və infeksion xəstəliklərin
yayılmasının qarşısının alınmasına necə kömək edə bilər?
5. Sizcə, qoruyucu peyvənd və antibiotiklərin infeksion xəstəliklərin müalicəsində nə kimi
fərqləri var?