Selik
Selik orqanizmin hüceyrələri tərəfindən ifraz olunan yapışqan mayedir. Soyuqdəymə və ya allergiya zamanı patogenləri və orqanizmə daxil olmuş toz hissəciklərini tutmaq üçün boğazda, burun və ağız boşluqlarında daha çox selik ifraz olunur. Öskürmək və ya asqırmaqla seliyə yapışmış patogenlər və toz hissəcikləri bədənimizdən xaric olunur. Seliklə xaric olunan patogenlərin başqa insanları yoluxdurmaması üçün asqırarkən və öskürərkən ağız və burnumuzu dəsmalla örtməliyik.
Mədə şirəsi
Mədədə qidaların həzminə kömək edən şirə ifraz
olunur. Qəbul etdiyimiz qida və suda patogenlər
varsa, mədə şirəsi bu patogenləri də
zərərsizləşdirərək orqanizmi qoruyur.
Patogenlər təbii maneələri keçib qan dövranına
daxil olduqda orqanizm ikinci müdafiə tədbirlərini
icra edir. Qana daxil olmuş patogenlər özlərinin
həyat fəaliyyəti prosesində xəstəliktörədən zəhərli
maddələr buraxır. Bu zaman onlar ağ qan
hüceyrələri sayəsində zərərsizləşdirilir.
Bəzi ağ qan hüceyrələri işə patogenlərə
yaxınlaşaraq onları "udur", həzm edir və
orqanizmi qoruyur.
|
Bilirsinizmi?
1796-cı ildə Edvard Cenner
çiçək xəstəliyinə yoluxmuş
inəyin süd vəzisindəki
suluqların (qovuqcuğun)
içərisindəki rəngsiz mayeni
iynə ilə 8 yaşlı uşağın dərisi
altına yeritdi. Bir müddət
sonra o, uşağı süni surətdə
çiçək xəstəliyinə yoluxdurdu.
Bu uşağın dərisində suluqlar
əmələ gəlsə də, xəstəlik
əlamətləri müşahidə
olunmadı.
E.Cenner çiçək xəstəliyinə qarşı tətbiq etdiyi bu üsulu vaksinləmə və ya peyvəndləmə adlandırdı. E.Cennerin kəşfindən yalnız bir əsr sonra Lui Paster aydınlaşdırdı ki, infeksion xəstəlikləri mikroorqanizmlər törədir. |