4.2.2
|
Bədənimizin xəstəliklərə qarşı müdafiəsi
|
|
Ləvazimat: duz, skoç,
sirkə və yapışqan.
|
İşin gedişi:
1. İçərisində sirkə olan qaba bir az duz
əlavə edin.
2. Yapışqan və skoçun səthinə duz səpin.
3. Duzla təmas zamanı baş verənləri
izləyin və dəftərinizdə müvafiq qeydlər
edin.
|
Müzakirə edin:
- Sizcə, skoç, sirkə və yapışqan nəyi təmsil edir? - Sirkə duza necə təsir etdi? - Skoçun üzərinə səpdiyiniz duz altdakı səthə keçə bilərmi? Nə üçün? -Hansı orqan və bədən mayesi toz hissəciklərinin və patogenlərin insan orqanizminə daxil olmasına mane olur? |
İnsan orqanizminə daxil olan patogenlər infeksion xəstəliklərə
səbəb olur. Lakin patogenlər orqanizmə asanlıqla daxil ola bilmir.
Çünki orqanizmdə bunun qarşısını alan təbii maneələr vardır. Dəri,
mədə şirəsi, göz yaşı və selik bu təbii maneələrə aiddir.
Bu təbii maneələr sayəsində ilkin müdafiə tədbiri olaraq
patogenlərin orqanizmə daxil olmasının qarşısı alınır.
Dəri kəsildikdə və ya zədələndikdə patogenlər daha dərin
toxumalara maneəsiz daxil olub müxtəlif xəstəliklər törədir. Bunun
qarşısını almaq üçün həmin nahiyə spirt və ya yod kimi
məhlullardan istifadə etməklə patogenlərdən təmizlənməlidir.
Dizim
yaralanıb!
Diz nahiyəsində dəri
zədələnib. Xəstəliyə yoluxma ehtimalını azaltmaq üçün yaranı təmizləməliyəm. |