İnfeksion xəstəliklərin yayılması patogenlərin yoluxmuş
orqanizmdən sağlam orqanizmə ötürülməsi yolu ilə baş verir.
Patogenlər müxtəlif yollarla yayıla bilər:
Hava-damcı yolu ilə yayılma Xəstə adamlar danışdıqda, öskürdükdə və ya asqırdıqda adi gözlə görünməyən və içərisində patogenlər olan milyonlarla kiçik su damcıları havaya yayılır. Ətrafdakı sağlam adam nəfəs aldıqda bu damcılar həmin adamın tənəffüs orqanlarına daxil olaraq onu da xəstələndirir. Sağlam adamla infeksion xəstəliyə yoluxmuş adamlar arasında birbaşa təmas olduqda baş verir. Belə xəstəliklər həmçinin yoluxmuş şəxsin qan və ya digər bədən mayeləri (tüpürcək, sidik), habelə dolayı yolla şəxsi əşyaları ilə təmasda olduqda da yayıla bilər. Qida və su vasitəsilə yayılma Ərzaq dükanlarında, qida emalı fabriklərində və mətbəxdə işləyən insanların təmizlik qaydalarına etinasız yanaşması patogenlərin yayılmasına və yüzlərlə insanların xəstələnməsinə səbəb ola bilər. İçməli su hövzələrinə (su quyularına, çaylara və s.) çirkab suları qarışdıqda da patogenlərlə yoluxma baş verə bilər ki, bu daha təhlükəli hesab olunur. Qidaların gigiyenik şəraitdə hazırlanması, şəxsi təmizlik qaydalarına riayət olunması, tullantıların vaxtında toplanması və çirkab sularının təmizlənməsi infeksion xəstəliklərin yayılmasının qarşısının alınması üçün vacibdir. Daşıyıcı heyvanlar vasitəsilə yayılma Patogenlər ağcaqanad və milçək kimi həşəratlar vasitəsilə də yayıla bilər. Milçəklər müxtəlif zir-zibillə qidalanıb patogenləri çox vaxt ərzaq məshullarına köçürür. Malyariya ilə yoluxmuş ağcaqanad insanı sancdıqda malyariya patogeni insanın qanına daxil olur və bu, insanın malyariya xəstəliyinə yoluxmasına səbəb olur. |