1.
Kiçik bir şəhərdə bir neçə insanın ölümünə səbəb olan X virusu aşkarlandı. Səhiyyə orqanları hər
kəsə gigiyena qaydalarına riayət etməyi, tibbi maska taxmağı, əllərini tez- tez yumaqla özlərini
qorumağı tövsiyə etdi.
a)
Səhiyyə orqanlarının tövsiyələrinə əsaslanaraq, sizcə, X virusu bir insandan digərinə hansı iki
yolla ötürülür?
b)
X virusu hansı şəraitdə yaşaya və çoxala bilər?
2.
Müəyyən xəstəliklər zamanı patogenlərin səbəb olduğu xəstəliklərin yayılmasına mane olmaq və
yoluxmanı azaltmaq üçün tez-tez toxunulan səthlərin müntəzəm olaraq təmizlənməsi vacibdir.
a) Telefon, qapı dəstəyi və lift düymələrinin səthləri nə üçün müntəzəm olaraq təmizlənməlidir?
b) Səthlərin təmizlənməsi xəstəliyin yayılmasını azaltmağa necə kömək edir?
c) Necə fikirləşirsiniz: səthlərin təmizlənməsi ilə yanaşı, yoluxmanı azaltmağa kömək edə
biləcək başqa hansı yollar var?