|
|
xəstəliyin əlamətlərini bildirir. Həkimlər xəstəliklərin müəyyən edilməsi və müalicəsi üçün bu əlamətlərə, eləcə də xəstələrin şikayətlərinə əsasən onları zəruri müayinələrdən keçirirlər. Lazım olduqda isə xəstələrə müvafiq müalicə təyin edirlər. Adətən, xəstəliktörədən bu canlılar patogen, yoluxmuş orqanizmlər isə sahib adlanır. Patogenlər sahib orqanizmindən həm qida mənbəyi, həm də məskunlaşma yeri kimi istifadə edir. Çünki patogen bədən səthində və ya orqanizmin daxilində yaşayır. Patogenlər təkcə insanda deyil, heyvanlarvə bitkilərdə də müxtəlif xəstəliklərə səbəb olur. Bəzi bakteriya və göbələklər, viruslar patogenlərə aid edilir. Bakteriya və göbələklərdən fərqli olaraq virus adlanan mikroorqanizmlər çox kiçikdir. Viruslar sahib orqanizm olmadan yaşaya və ya çoxala bilmir. Onlar müxtəlif canlıları yoluxdura bilər. |
Patogenlər
|
Xüsusiyyətləri
|
Səbəb olduğu xəstəliklər
|
Bakteriyalar
|
Birhüceyrəli orqanizmlərdir.
Sahib orqanizmdə və sərbəst yaşaya bilir. |
Vərəm, vəba, tetanus, bruselyoz,
pnevmoniya.
|
Viruslar
|
Yalnız canlı hüceyrənin daxilində yaşaya və çoxala bilər.
|
Qrip, suçiçəyi, qızılca, zökəm, koronavirus.
|
Göbələklər
|
Birhüceyrəli və ya çoxhüceyrəli orqanizmlərdir.
Sahib orqanizmdə və sərbəst yaşaya bilir.
|
Ayaq, dırnaq və dəri göbələk xəstəlikləri.
|