|
|
|
|
Bakteriyalar tək hüceyrədən ibarət canlı orqanizmlərdir. Onların əksəriyyəti rəngsizdir, yalnız az bir hissəsi tünd-qırmızı və ya yaşıl rənglidir. Sadə bölünmə yolu ilə ikiyə bölünərək sürətlə çoxalırlar. Bakteriyaların əksəriyyəti zərərsizdir, bəziləri bizim üçün çox faydalıdır. Bağırsaqlarımızdakı və dərimizdəki faydalı bakteriyalar sağlamlığımız üçün vacibdir. Bəzi göbələklər kimi faydalı bakteriyalardan qida və dərman istehsalında, eləcə də çirkab suların təmizlənməsində istifadə olunur. Digər bakteriyalar qrupu təbiətdə böyük fayda verir. Çürümə bakteriyaları bitki qalıqları və heyvan cəsədləri ilə qidalanmaqla onları daha sadə maddələrə parçalayaraq çürüntüyə çevirir. Bu maddələr torpağa qarışaraq bitkilərin kökləri vasitəsilə udulur. Lakin bəzi bakteriyalar müxtəlif xəstəliklər törədir. Elə bakteriyalar da vardır ki, bəzi göbələklər kimi onlar da qidaların və ərzaq məhsullarının xarab olmasına səbəb ola bilər. |