Bilirsinizmi?
Öyrədilən mövzuya
dair təbiət, elm tarixi,
gündəlik həyat və ya
texnologiya
sahəsindən maraqlı
faktlar və məlumatlar
təqdim edilir.
Öyrəndiklərinizi tətbiq edin
Bu hissədəki sual və tapşırıqlaryeni anlayışları fərqli
situasiyaya tətbiq etməyə və qazanılmış bilikləri
dərinləşdirərək möhkəmləndirməyə kömək edir.
Öyrəndiklərinizi yoxlayın
Təqdim olunan sual və tapşırıqlar
mövzunun mənimsənilmə səviyyəsini ölçür.
Xülasə
Bölmədə öyrədilən əsas anlayışları
diaqram və ya anlayışlar xəritəsi
vasitəsilə əlaqəli və ümumiləşdirilmiş
şəkildə yadda saxlamağa kömək edir.
Ümumiləşdirici tapşırıqlar
Bölmədə öyrədilən bütün mövzulara
dair sual və tapşırıqlar təqdim olunur,
bölmə üzrə mənimsənilən bilik və
bacarıqların səviyyəsi ölçülür.