İnsanlar tərəfindən çörəkbişirmə sahəsində qida məhsullarının istehsalında istifadə olunan maya
göbələkləri xəmirdə şəkəri spirtə və karbon qazına parçalayır. Bu zaman əmələ gələn karbon qazı
məsamələr əmələ gətirərək xəmiri şişirdir. Bunun nəticəsində bişirilən çörək yüngül və yumşaq
olur.
Xəmiri bir saat isti yerdə saxladıqda mayanın onun həcmini necə dəyişdirdiyi qrafikdə
göstərilib.
Müzakirə edin:
- Çörəyin yumşaq və məsaməli olması hansı mikroorqanizmlər sayəsində mümkün olur?
- Maya göbələklərinin inkişafı üçün nəyə ehtiyacları var?
- Hansı zaman aralığında qida maddələrindən istifadə zəifləmişdir?