Nəfəs aldığımız zaman ağciyərlərdə karbon qazı və oksigenin iştirakı ilə qazlar mübadiləsi baş verir.
Oksigen qana, karbon qazı ağciyərlərə daxil olur. Oksigen orqanizmin bütün hüceyrələrinə daşınır.
Orqanizmdə hüceyrələr oksigen və qida maddələrindən istifadə edərək enerji əldə edir. Bu zaman
karbon qazı kimi son parçalanma məhsulları əmələ gəlir. Hüceyrələrin yaşamaları üçün onlar
oksigenlə fasiləsiz təmin olunmalı, əmələ gələn karbon qazı isə kənarlaşdırılmalıdır. Bu proses qan
dövranı sistemi vasitəsilə həyata keçirilir.
Ağciyərlərdə qazlar mübadiləsi
Burnumuz və ya ağzımızla
nəfəs alırıq.
Nəfəs aldığımız hava
nəfəs borusuna
(traxeyaya) keçir.
Hər bir alveol sıx kapilyar
toru ilə örtülmüşdür.
Oksigen qan
damarları və
alveolların nazik
divarlarından
qana keçir.
Eyni zamanda karbon
qazı isə qandan
alveollara keçir və nəfəs
verdikdə orqanizmdən
xaric edilir.
Nəfəs borusundan iki şaxə - bronxlar ayrılır.
Nəfəs borusundan ayrılan bronxlar sağ
və sol ağciyərlərə daxil olaraq daha
kiçik şaxələrə - bronxiollara bölünür.
Bu şaxələrin uclarında
nazik divarlı alveol
adlanan qovuqcuqlar var.