Bölmənin ilk səhifəsi
Elm tarixindən, təbiətdən və ya texnologiya sahəsindən
maraqlı məlumatlar təqdim olunur. Səhifədəki suallar
əvvəlki bilikləri yada salmağa və onları bölmənin mövzuları
ilə əlaqələndirməyə kömək edir. Bu hissədəki material
bölmədə öyrədilən mövzular haqqında ilkin təsəvvür
formalaşdırır.
Bölmədə nələri öyrənəcəksiniz
Bölmədəki mövzular əsasında qazanılan
bilik və bacarıqlar sadalanır.
Maraqoyatma
Bu hissədə tanış situasiya və ona aid suallar təqdim olunur.
Dərsin fəaliyyət və izah mərhələlərinə hazırlıq məqsədi daşıyır.
Situasiya təhlil olunur, suallara cavab verməklə mövzuya dair
İlkin biliklər yada salınır.
Fəaliyyət
Qoyulmuş suala cavab tapmaq üçün yerinə yetirilən praktik
tapşırıqdır. Bu fəaliyyət nəticəsində diqqət yeni mövzunun
əsas anlayışlarına yönəldilir və proses bacarıqları inkişaf
etdirilir.
İzahetmə
Fəaliyyətdən sonra yeni mövzu izah edilir.
Düşün - müzakirə et - paylaş
Təqdim olunan sual düşünmək və cavabları
sinif yoldaşları ilə müzakirə etmək üçün
nəzərdə tutulur. Belə müzakirələr zamanı
fərziyyələri əsaslandırmaq müstəqil
düşünmə bacarığını inkişaf etdirir. Fikirləri
sinif yoldaşları ilə bölüşmək isə
kommunikasiya bacarığının
təkmilləşməsinə kömək edir.