1.
Qan və hüceyrələr arasında hansı maddələr mübadilə olunur?
2.
Həyətdə oynayan uşaqlardan biri yıxılaraq dizini yaraladı. O, yaradan qan axdığını gördü.
Tezliklə onun yarasından axan qan dayandı və yerində kiçik qırmızı qat əmələ gəldi. Qanın hansı
hüceyrəsi qanaxmanı dayandırmağa kömək etdi?
3.
Orqanizmdə qanın hərəkət etdiyi üç növ qan damarının fərqli xüsusiyyətlərini təsvir edin. Sizcə,
niyə onların divarlarının qalınlığı fərqlidir? Bu onlara öz funksiyalarının yerinə
yetirilməsində necə kömək edir?
4.
Kapilyarlar bədənimizin hər yerində şaxələnmişdir. Onlar eyni zamanda dərimizin səthinə yaxın
olan ən kiçik qan damarlarıdır. Belə şaxələnmiş quruluşun üstünlüyü nədir?
5.
Qan damarlarımızın müəyyən yerində tıxanma olsa idi, nə baş verərdi?