Qanın komponentləri
Qırmızı qan hüceyrəsi
|
|
Qan bərk və maye hissələrdən ibarətdir. Qanın maye hissəsinə
plazma deyilir. Plazma, asasən, sudan ibarətdir. O, hüceyrələrə
qidalı maddələr və su daşıyır, karbon qazı kimi tullantı məhsulları
hüceyrələrdən aparır.
Qanın bərk hissəsinə qırmızı qan hüceyrələri, ağ qan hüceyrələri
və qan lövhəcikləri daxildir. Qırmızı qan hüceyrələri ortası basıq
disk şəklindədir və tərkibində hemoqlobin vardır. Qırmızı qan
hüceyrələri hemoqlobin vasitəsilə oksigeni bədənin digər
hissələrinə daşıyır.
Ağ qan hüceyrələri bakteriyalardan, zəhərli maddələrdən və ya
cisimciklərdən orqanizmi qoruyur. Qan lövhəcikləri qanaxmanı
dayandırmaq, kəsikləri və digər xəsarətləri sağaltmaq üçün qanın
laxtalanmasına kömək edir.
Ağ qan hüceyrəsi
bakteriyalara hücum edir
|
|
Qırmızı qan hüceyrələri və qan lövhəcikləri
qan laxtasını əmələ gətirir
|
|