Arteriyalar ürəkdən çıxan qanı bədənin
ayrı-ayrı hissələrinə daşıyır. Qanı oksigenlə
zənginləşdirmək üçün ürəkdən ağciyərlərə,
oksigenlə zəngin qanı isə ürəkdən digər
toxuma və orqanlara aparır.
Arteriyalar qalın və elastiki divarları olan qan damarlarıdır.
Arteriyalar kapilyarlar adlanan çox kiçik
qan damarlarına şaxələnir. Kapilyarlarda
qan və hüceyrələr arasında maddələr və
qazlar mübadiləsi baş verir.
Qan kapilyarlardan vena damarlarına
keçir. Karbon qazı ilə zəngin qan vena
damarları ilə ürəyə yenidən qayıdır.
Həmçinin ağciyərlərdə oksigenlə
zənginləşən qan da vena damarları ilə
ürəyə daxil olur. Vena damarlarının
divarları arteriyaların divarlarına nisbətən
nazikdir, içərisində cibəbənzər qapaqlar
var. Bu qapaqlar qanın geriyə axmasının
qarşısını alır.
|