Fəaliyyət-2
|
Ürəyin hansı hissələri var
və onların işi nədən ibarətdir? |
|
|
Ləvazimat: ürək modeli və ya poster.
|
İşin gedişi:
• Ürək modeli üzərində və ya posterdən istifadə edərək ürəyin quruluşu ilə tanış olun.
|
Müzakirə edin:
- Ürəyin quruluşu barədə nə deyə bilərsiniz?
- Ürəyin neçə şöbəsi vardır?
- Ürəyin daxili quruluşunu sxem çəkməklə təsvir edin.
|
Əzələli quruluşda olan ürək biz yatanda belə bədənimizin bütün hissələrinə qanı qovur. İnsanın
ürəyi bütöv arakəsmə ilə sağ və sol hissələrə ayrılır. Hər hissə isə bir-biri ilə əlaqəli olan iki
şöbəyə -
qulaqcıq və mədəciyə bölünür. Beləliklə, insanın ürəyi dörd şöbədən - sol qulaqcıq, sağ qulaqcıq,
sol mədəcik və sağ mədəcikdən ibarətdir.
Ürək döş
boşluğunda
mərkəzdən
bir qədər solda
yerləşir.
Ürəyin yuxarıdakı
şöbələrinə qulaqcıqlar,
aşağıdakı şöbələrinə isə
mədəciklər deyilir.
Hər şöbənin giriş və çıxış dəlikləri olur. Qan giriş dəliklərindən axmağa başlayan kimi şöbələr qanla
dolur və genişlənir. Ürək döyündükdə onun əzələləri yığılır, şöbələr kiçilir və qan çıxış dəliyindən çıxır.
Qulaqcıqlar ağciyərlərdən və bədənin digər orqanlarından qanı qəbul edir, mədəciklər isə qanı
ağciyərlərə və bədənə qovur. Ürək əzələlərinin yığılıb-boşalması qanın bədənimizin bütün hissələrinə
daşınmasına imkan verir.