Hərəkətdə olan cisimlərə də tarazlaşmayan qüvvələr təsir etdikdə onların sürəti dəyişir. Məsələn,
bərabər sürətlə hərəkət edən oyuncaq maşına eyni anda iki qüvvə təsir etdikdə hərəkət
istiqamətindəki qüvvə böyük olarsa, onun sürəti artar. Lakin hərəkətin əksi istiqamətində təsir edən
qüvvə böyük olarsa, maşının sürəti azalar.
Hərəkət istiqaməti
Maşının sürəti artır
Hərəkət istiqaməti
Maşının sürəti azalır
Düşün
Müzakirə et
Paylaş
Ətrafınıza diqqət edərək tarazlaşan və tarazlaşmayan qüvvələrin təsir etdiyi bir neçə cismi
müəyyənləşdirin. Bu cisimlərdən hansılarına tarazlaşan, hansılarına tarazlaşmayan qüvvələrin
təsir etdiyini yoldaşlarınızla müzakirə edin.