Suda yaşayan bəzi canlıların bədən formaları bu canlılar hərəkət edərkən onlara təsir göstərən
suyun müqavimət qüvvəsinin az olmasına səbəb olur. Sualtı qayıq və gəmilərin də sürətlə
hərəkət edə bilmələri üçün onların gövdələri bu canlıların bədən quruluşuna oxşar dizayn edilir.
Öyrəndiklərinizi tətbiq edin
1. Yaş və sürüşkən səthlərdə sürüşmədən
addımlamaq üçün hansı ayaqqabıdan istifadə
etmək lazımdır? Nə üçün?
|
|
2. Qırıcı təyyarələrdə eniş zamanı
paraşütdən nə üçün istifadə edilir?
|
Öyrəndiklərinizi yoxlayın
1. Şəkildəki cisim sağa hərəkət edir.
Hansı ox sürtünmə qüvvəsinin
istiqamətini göstərir?
|
|
|
2. Nigar əlindəki metal kürəni növbə ilə boş və içində su olan qaba buraxdı və kürənin
içində su olan qabın dibinə daha gec çatdığını müşahidə etdi. Nigar bu təcrübəni nə
üçün aparırdı?
A) Suyun kütləsini ölçmək üçün
B) Kürəciyin kütləsini ölçmək üçün
C) Kürəciyə təsir edən ağırlıq qüvvəsini nümayiş etdirmək üçün
D) Suyun müqavimət qüvvəsini nümayiş etdirmək üçün
|
|
|