|
Bəzi hallarda isə sürüşmədən hərəkət etmək üçün sürtünmə
qüvvəsini artırmaq lazım gəlir. Bu məqsədlə toxunan səthlərin
girintili-çıxıntılı olması təmin edilir.
Buzlu yolda sürüşməmək üçün
ayaqqabıların alt hissəsi girintili- çıxıntılı
hazırlanaraq sürtünmə qüvvəsi
artırılır.
|
|
Avtomobilin sürüşməməsi üçün
təkərlərinə zəncir bağlanmaqla
sürtünmə qüvvəsi artırılır.
|
|
|
Bilirsinizmi?
Göz yaşı göz alması ilə göz
qapağı arasında nəmləndirici
rolunu oynayır. Bu nəmləndirmə
nəticəsində göz alması ilə göz
qapağı arasında göz qapağının
hərəkəti nəticəsində yaranan
sürtünmə qüvvəsi azalır.
Beləliklə, göz qapağı və göz
alması zədələnməkdən və bir-birinə
yapışmaqdan qorunur.
|