Cismi hərəkətə gətirməyə çalışdıqda və ya cisim hərəkətdə olarkən bu girinti-çıxıntılar bir-birinə ilişir
və onun hərəkətinə mane olur. Sürtünmə qüvvəsi həmişə hərəkət istiqamətinin əksinə yönəlir.
Fəaliyyətlərimizi asanlıqla, daha kiçik qüvvə tətbiq edərək yerinə yetirmək üçün sürtünmə qüvvəsini
azaltmaq lazımdır.
Velosipedin zəncirlərini yağladıqda
onu hərəkət etdirmək asanlaşır.
|
Qapı rəzəsi asanlıqla
açılıb-bağlanmaq üçün yağlanır.
|
Xizəksürmə və konkisürmə idman növlərində idmançıların asanlıqla hərəkət etmələri üçün
sürtünmə qüvvəsinin az olması vacibdir. Bu məqsədlə xizək və konkiyə xüsusi yağ sürtülür. Toxunan
səthlərdəki girinti-çıxıntılar arasındakı boşluqlara dolan yağ səthlərin hamar olmasına və
sürtünmənin azalmasına kömək edir.